"Bugünkü oyun göstərdi ki..." - Samir Abasov - AÇIQLAMA

19:14 4 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə “Qarabağ”a darmadağın olan (0:4) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Abasov komandasının “Qarabağ”a qarşı oyunundan sonra Avroliqa barədə danışmağın tez olduğunu deyib:

 

“Bu oyun "Sumqayıt”a bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, avrokubokdan danışmaq tezdi. Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi. İnanmıram ki, gələcək turlarda belə oynayacağıq. Bu oyundan sonra 4-cü yer haqda düşünmək belə, istəmirik. Bu baş versə, təsadüfə bağlayarsız”.a


Digər xəbərlər

Xəbər xətti