"Komanda yorğun görünürdü" - Zaur Svanadze - AÇIQLAMA

22:59 4 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda “Qəbələ”yə məğlub olan (0:2) “İnter”ın baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis oyun boyunca heç nə ilə yadda qalmadıqlarını etiraf edib:

 

“Etiraf edim ki, komanda yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə bir qədər artırdıq. Amma bu anda qol buraxdıq. “Qəbələ” güclü komandadı. Növbəti görüşə hazırlaşmaq lazımdı”.


Xəbər xətti