Eddi oynadı, komandası xalsız qaldı

Sportarena.az      5 Mart 2018, 11:09

İspaniya Sequndasında 28-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” səfərdə “Ovyedo” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Ancaq çox çəkməyib ki, baş məşqçi Alvaro Servera Eddinin xidmətinə ehtiyac duyub. Belə ki, mütəxəssis Eddini matçın 31-ci dəqiqəsində, qarşılaşmada “Kadis”in yeganə qoluna imza atmış Servando Sançesin əvəzinə meydana buraxıb. İsrafilovun meydana çıxmasından sonra 2 qol buraxan “Kadis” səfərdən xalsız qayıdıb.

 

Bu oyundan sonra hesabında 44 xal olan “Kadis” 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin