"Fənərbaxça" Santini hədəfə aldı

15:23 5 Mart 2017

“Arsenal”la müqaviləsi mövsümün sonunda başa çatacaq Santi Kazorla “Fənərbaxça”ya transfer oluna bilər.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispan futbolçunun meneceri danışıq aparmaq üçün tezliklə İstanbula gələcək. Kazorla mövsümün sonunda azad agentə çevriləcəyi üçün “Fənər” sadəcə, futbolçunun özünə pul ödəyəcək.

 

Qeyd edək ki, 78 dəfə İspaniya millisinin formasını geyinən Kazorla cari mövsümdə “Arsenal”da elə də çox oyuna çıxmayıb. Bunun səbəbi isə onun zədəli olması olub.


Xəbər xətti