"Nəticədən razı qalmadıq" - Ramil Şeydayev - AÇIQLAMA

11:25 6 Mart 2017

“Yaxşı oyun oldu. Amma nəticədən razı qalmadıq. Rəqib yaxşı müqavimət göstərdi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın və “Jilina”nın hücumçusu Ramil Şeydayev dünən Slovakiya çempionatının 20-ci turunda “Podbrezova”ya qarşı oyundan (2:2) sonra klubun saytına deyib.

 

“Bizi yalnız ən yaxşı nəticə qane edə bilərdi. İndi bu görüşü unudub qarşıdakı matçı düşünməli və ona köklənməliyik”.

 

Qeyd edək ki, “Podbrezova” ilə görüşdə 20 yaşlı hücumçumuz 90 dəqiqə meydanda olub.


Digər xəbərlər

Xəbər xətti