Qətərin heyəti açıqlandı - Millimizə qarşı kimlər oynayacaq?

12:03 6 Mart 2017

Martın 9-da Azərbaycan millisiylə yoldaşlıq görüşü keçirəcək Qətər yığmasının heyəti açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, Qətər yığmasının baş məşqçisi Jorje Fossati 28 futbolçuya dəvət göndərib. Qətər bu ay ümumilikdə üç yoxlama oyunu keçirəcək. Komanda martın 23-də İran, 28-də isə Özbəkistan yığması ilə qarşılaşacaq.

Qətər - Azərbaycan görüşü Dohada yerləşən “Jassim bin Hamad” stadionunda keçiriləcək. Arena 15 min azarkeş tutumuna malikdi.



Qətərin heyəti: Saad Əl Şeb, Omar Bari, Xəlifə Ababakar, İbrahim Majid, Medro Migel, Hamid İsmail, Mohammed Musa, Əhməd Yasser, Assim Madibo, Musab Keder, Bualem Xouki, Hassan Əl-Haidos, Ali Assad, Kərim Budiaf, Luis Martin, Əli Afif, Rodriqo Tabata, Ahmed Abdul Maqsud, Əkrəm Afif, Almoez Əli, Ahmed Alaa, Sebastian Soria, Meşal Abdullah, İsmail Mohammed, Yasser Abu Bakr, Mehdi Əli, Yusif Hüseyn, Fəhd Şunen.


Digər xəbərlər

Xəbər xətti