Aziz Yıldırım Mübariz Mənsimovdan nəyi xahiş edib?

12:41 6 Mart 2017

“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım klub üçün sponsor axtarışlarına başlayıb.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bununla əlaqədar uzun illərdir dostluq münasibətində olduğu “Palmali” Şirkət Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovla görüşüb. Yıldırım SOCAR-ın “Fənərbaxça”ya sponsor olması üçün Mənsimovdan vasitəçi olmağı xahiş edib.

 

Qeyd edək ki, “Fənərbaxça” borcları səbəbindən Avropanın ən riskli klubları sırasındadır. Bu problemi qısa müddətdə həll etməyəcəyi təqdirdə UEFA-nın İstanbul klubuna sanksiya tətbiq edəcəyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti