"Qarabağ"ın yubiley qələbəsi

14:30 6 Mart 2017

Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, yubiley uğuru Azərbaycan Premyer Liqasının 21-ci turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 4:0 hesablı qələbəyədək ağdamlılar 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi.

 

Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran ağdamlılar 328 top buraxıb.

 

Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”di - 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var.


Xəbər xətti