Üçüncü dövrənin ən yaxşısı hansı klub oldu?

15:11 6 Mart 2017

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, 21-ci turda “İnter”i 2:0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümün 3-cü hissəsinin ən yaxşısı olub. Ən çox qol vurub, ən az top buraxan “qırmızı-qaralar” dövrədə uduzmayan yeganə komanda olmaqla 15 xal qazanıb.

 

“Zirə” 2017-ci ilə təsadüf edən dövrənin 7 turunda 14, “Qarabağ” isə 13 xal əldə edib. “Kəpəz”lə AZAL dövrəni qələbəsiz başa vurub. Sonuncular hamıdan az qol vurub, Gəncə təmsilçisi ən çox top buraxıb.

 

Qeyd edək ki, dövrənin 28 matçında 61 qol qeydə alınıb. 1-ci dövrədə 72, 2-ci dövrədə isə 54 qol vurulmuşdu.


Xəbər xətti