"Zirə"dən 25-ci qələbə

16:15 6 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Neftçi” – “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub. 
 

Sportarena.az xəbər verir ki, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun komandası, Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib. Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. 
 

8 km qəsəbə stadionunda qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb. Qeyd edək ki, “Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.


Xəbər xətti