"Xəzər Lənkəran" qayıdır?"

16:33 6 Mart 2017

"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovla eyniadlı stadionun direktoru Höccət Hacıyev bugünlərdə Türkiyə və Rusiyada səfərdə olub.

 

Sportarena.az Sportinfo.az-a istinadən xəbər verir ki, ötən ilin yayında fəaliyyətini dayandırmış klubun rəhbər şəxsləri İstanbul və Moskvada bir sıra görüşlər keçirib. Cütlük Rusiya paytaxtında əslən cənub bölgəsindən olan iş adamlarıyla bir araya gəlib. Qarşı tərəf "Xəzər Lənkəran"a aid bəzi texniki, eyni zamanda, stadionda quraşdırılmış bahalı avadanlıqları satın almaq istədiklərini bildirib.

 

Mənsimov təkliflə razılaşmayıb. O, İstanbulda qardaşı, "Palmali"nin sahibi Mübariz Mənsimovla söhbətləşdiyini söyləyib:

 

"Xəzər Lənkəran" gələn mövsüm yenidən çempionatda çıxış edəcək. Klubun mülkiyyətində nə varsa, hamısı bizə lazımdı, sata bilmərəm".


Digər xəbərlər

Xəbər xətti