Rasim Ramaldanovun zədəsi ciddidir?

21:34 6 Mart 2017

Azərbaycan Premyer XXI turunda baş tutan “İnter” – “Qəbələ” (0:2) oyununda zədə alan “qırmızı-qaralar”ın futbolçusu Rasim Ramaldanovun durumuna aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçunun zədəsi ciddi deyil. Ramaldanov yaxın günlərdə komanda ilə məşqlərə start verəcək.

 

Qeyd edək ki, "İnter Arena"da baş tutan oyunda zədə alan millimizin sabiq müdafiəçisi oyunu davam etdirə bilməmişdi, yerini Rəşad Sadiqova buraxmışdı.


Digər xəbərlər

Xəbər xətti