Messi etdiyi jestdən danışdı - Ona kim zəng etməlidi? - FOTO

23:08 6 Mart 2017

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya çempionatının 26-cı turunda “Selta” ilə keçirilən oyunda (5:0) qol vurduqdan sonra maraqlı jest göstərmişdi.

 

Sportarena.az xəbər verir ki, Messi 24-cü dəqiqədə fərqləndikdən sonra əli ilə “mənə zəng et” jestini nümayiş etdirmişdi. Leo oyundan sonra bu jesti kimə ünvanladığnı açıqlayıb. O, bildirib ki, jest yaxın qohumuna ünvanlanıb. Həmin qohumu gün ərzində Messiyə zəng etsə də, futbolçu onun zənglərinə cavab verə bilməyib.

 

Leo qol vurduqdan sonra qohumuna “oyundan sonra zəng et” mesajını göndərib.

 


Digər xəbərlər

Xəbər xətti