Omar Momani millimiz üçün karikatura hazırladı - “Niyə də yox, Azərbaycan?” - FOTO

10:21 7 Mart 2017

Məşhur karikaturaçı Omar Momani millimizlə bağlı karikatura hazırlayıb.

 

Sportarena.az xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay keçiriləcək Azərbaycan - Almaniya matçıyla bağlı karikatura çəkib. Momani karikaturanı sosial şəbəkədəki şəxsi hesabında “Niyə də yox, Azərbaycan?” başlığıyla təqdim edib. O, daha sonra “Norveçi məğlub etmiş Azərbaycan dünya çempionlarına qarşı nə isə edə biləcək” sualını verib.

 

Karikaturada kiçik qalanı nəhəng alman futbolçulardan müdafiə edən millimizin 4 üzvü (Kamran Ağayev, Ramil Şeydayev, Dmitri Nazarov və Rəşad Sadıqov) təsvir edilib.

 

Azərbaycan - Almaniya oyunu martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Qeyd edək ki, hazırda C qrupunda keçirdiyi 4 oyunun hamısını qələbəylə başa vurmuş Almaniya 12 xalla lider, Azərbaycan millisi isə 7 xalla 3-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti