"Bavariya" və "Real" növbəti mərhələdə - YENİLƏNİB

03:08 8 Mart 2017

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

 

Sportarena.az xəbər verir ki, bu gecə iki görüş baş tutub. İlk oyunda  səfərdə 1:5 hesablı məğlubiyyətə üzülən "Arsenal" "Bavariya"nı qəbul edib. Bu oyunda da Almaniya klubu darmadağına sevinib.

 

"Arsenal"dan fərqli olaraq ilk oyunda "Real"a  1:3 hesabı məğlub olan "Napoli"nin şansları var idi. İtaliya klubuna son zamanlar heç də stabil çıxış etməyən Madrid təmsilçisini mübarizədən kənarlaşdırmaq imkanı əldə etmişdi. Neapollular hesabı açsalar da, üstünlüklərini ikinci hissədə əldən verdilər.

 

 

Çempionlar Liqası, 1/8 final, cavab oyunları
7 mart

23:45 Arsenal - Bavariya 1:5 (1:5)

Qollar: T.Uolkot, 20 - R.Levandovski, 55-p. A.Robben, 68. D.Kosta, 78. A.Vidal, 80; 85.

 

23:45 Napoli - Real 1:3 (1:3)

Qollar: D.Mertens, 24 - S.Ramos, 51. D.Mertens, 55. A.Morata, 90.


Xəbər xətti