AFFA AZAL-ın futbolçusunu cəzalandırdı - Təpiyə görə

13:25 7 Mart 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 

Sportarena.az xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
 

 

"Kəpəz” – AZAL matçının  64-cü dəqiqəsində AZAL klubunun  futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Hakimlər Komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.



Qeyd edək ki, liberiyalı müdafiəçi top uğrunda mübarizədən sonra yerdə qalan rəqibi Julien Ebaha qəsdən təpik vursa da, hakimlər bu epizoda reaksiya verməmişdi.


Xəbər xətti