Yarım əsrlik rekordu yeniləyib futbol tarixinə düşdü

14:03 7 Mart 2017

Yaponiyanın "Yokohama" klubunun hücumçusu Kadzuesi Miura rəsmi matçlarda iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli forvard ingiltərəli Stenli Metyuza yarım əsrdən çox məxsus olmuş rekordu yeniləyib. Metyuz 50 yaş 5 günlüyündə, Miura isə Yaponiyanın II Liqasında "V-Varen Naqasaki" ilə qarşılaşmada 50 yaş 7 günlüyündə ikən meydana çıxıb. Yaponiyalı qolçu 54-cü dəqiqədə meydanı tərk etdikdən sonra komandalar hərəyə bir qol vurub.

 

Kadzuesi Miura peşəkar futbolçu karyerasına 1986-cı ildə başlayıb. O, 4 il ərzində Braziliyanın "Santos", "Palmeyras", "Koritiba" klublarında çıxış edib. Miura 1994-1995-ci illərdə İtaliya "Cenoa"sının formasını geyinib. 50 yaşlı forvard "Yokohama"da 2005-ci ildən oynayır. O, 231 matçda 24 qol vurub. Yaponiya millisində isə Miura 1990 - 2000-ci illərdə 89 qarşılaşmada 55 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti