Reynaldoya 8 il iş kəsdilər

15:58 7 Mart 2017

Salvador Futbol Federasiyasının sabiq prezidenti Reynaldo Vaskes 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sportarena.az xəbər verir ki, Reynaldo FİFA-da aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilmişdi. Ancaq o, buna görə yox, vətənində sosial sahə üçün yığılan üzvlük haqqını mənimsəməkdə ittiham olunaraq, cəza alıb. Məhkəmə Vaskesi günahkar bilib və onun 400 min avro ödəməli olduğu barədə qərar çıxarıb. Amma Reynaldo qərarla razılaşmayıb və apellyasiya şikayəti verəcəyini bildirib.

 

Vaskes 2015-ci ildə həbs edilib. O, federasiyaya 2009-2010-cu illərdə rəhbərlik edib. Sabiq prezident FİFA-dakı korrupsiya əməliyyatlarına görə ittiham edilmək üçün ABŞ-da da məhkəmə qarşısına çıxarılacaq.


Digər xəbərlər

Xəbər xətti