Tanınmış aktyor millini Qətərə yola saldı - FOTO

17:15 7 Mart 2017

Qətər yığması ilə yoxlama oyunu keçirəcək futbol üzrə Azərbaycan millisi bu gün səfərə çıxıb. Millimizi Qətərə aparan təyyarə Bakı vaxtı ilə saat 16:00-da Heydər Əliyev adına hava limanından havaya qalxıb.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvləri hava limanında olanda tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov da orda olub. Komandamızın üzvləri “Təhminə” filmində Zaur rolunu canlandırmış məşhur aktyorla xatirə şəkili çəkdiriblər.
 

Qeyd edək ki, millimiz Qətərlə martın 9-da qarşılaşacaq.

 


Digər xəbərlər

Xəbər xətti