"Kəpəz"də istirahət başa çatır

21:14 7 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunda AZAL-la Gəncədəki oyundan sonra iki günlük istirahətə buraxılan “Kəpəz”in əsas komandası məşqləri martın 8-də bərpa edəcək.

 

Sportarena.az xəbər verir ki, məşqçilər və futbolçular Bakıda bir araya gələcək. “Sarı-göylər” həftə boyunca qarşıdakı turda görüşəcəyi “Zirə” ilə oyunun hazırlıqlarını paytaxtda keçirəcək. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edəcək.  

 

Qeyd edək ki, “Kəpəz”in sabaha təyin olunan məşqi saat 11:00-da başlayacaq.


Xəbər xətti