Ramos "Real"ın tarixinə düşdü

11:08 8 Mart 2017

“Real”ın kapitanı Serxio Ramos Madrid klubunun tarixinə düşüb.


Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/8  finalının “Napoli” ilə cavab oyununda (3:1) dubl edən təcrübəli futbolçu “Real”ın heyətində vurduğu qolların sayını 68-ə çatdırıb. Bununla da o, "Real"da ən çox qol vuran müdafiəçilər arasında Roberto Karlosun rekordunu təkrarlayıb. 


Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2005-ci ildən “Real”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti