"Barselona" tarix yazdı, "Borussiya" "Benfika"ya aman vermədi - YENİLƏNİB

10:03 9 Mart 2017

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir

 

Sportarena.az xəbər verir ki, dünən daha 2 matç keçirilib. İlk oyunda PSJ-ə 0:4 hesabı ilə məğlub olan "Barselona" tarixi nəticəyə imza atıb. Katalonlar 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

 

Günün digər oyunu isə Dormundda baş tutub. "Borussiya" "Benfika"nı qəbul edib. İlk oyunda gözlənilmədən 0:1 hesabı ilə məğlub olan Bundesliqa təmsilçisi 4:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

 

 

Çempionlar Liqası, 1/8 final, cavab oyunları
8 mart
23:45 Barselona - PSJ 6:1 (0:4)

23:45 Borussiya - Benfika 4:0 (0:1)


Xəbər xətti