"Arsenal"da Venger erası bitir?

14:13 8 Mart 2017

"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonu London klubundan ayrılmağa qərar verib.

 

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis Çempionlar Liqasında 1/8 finalında "Bavariya"ya uduzduqları cavab qarşılaşmasından (1:5) sonra paltardəyişmə otağında futbolçularına bu barədə bildirib.

 

Qeyd edək ki, Venger son zamanlar komandanın ÇL-də uğursuz çıxışına və Aleksis Sançesi ehtiyatda saxladığı üçün tənqid olunur.


Xəbər xətti