Sportarena.az
21 Sentyabr 2017

“Barselona”nın ÇL-də 7 biabırçı məğlubiyyəti VƏ YA TURNİRİN TARİXİNDƏ İNANILMAZ GERİDÖNÜŞLƏR

12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Çempionlar Liqasının 1/8 finalının ilk oyunları keçirildi. İlk oyun günündə PSJ-nin qonağı olan “Barselona" heç kimin gözləmədiyi halda qapısından 4 top buraxaraq biabırçı məğlubiyyətə uğradı. Bu gün Barselona" rüsvayçı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Komandanın 1/4 finala adlaması inandırıcı görünmür. Amma futbol gözlənilməzliklərlə gözəldir. Bu yazımızda 2 mövzunu bir araya gətirəcəyik. Birincisi, “Barselona"nın Çempionlar Liqası tarixində 7 biabırçı məğlubiyyətini, ikincisi isə sözügedən turnirin tarixində qeydə alınan ən yaddaqalan geridönüşləri yada salacağıq.

 

1993/94-cü illər mövsümü, final

“Milan" - “Barselona" 4:0

 

“Barselona"nın “Dream team" adlandırılan vaxtları. Komandaya əfsanəvi Yohan Kroyf başçılıq edirdi. Afinada keçirilən final oyununda “Barselona" “Milan" qarşısında favorit göstərilirdi. Bu da əbəs deyildi. Axı, komanda o dövrün ulduz futbolçuları - Antoni Subisarreta, Ronald Kuman, Xosep Qvardiola, Xristo Stoiçkov, Romario və digərlərindən təşkil olunmuşdu. “Milan" da o vaxt sıradan komanda deyildi və final oyununda rəqibini darmadağın etməklə bunu sübut etdi. Fabio Kapellonun rəhbərlik etdiyi Milan təmsilçisi Daniele Massaronun dublu, Marsel Desai və Deyan Saviçevin vurduğu qollarla 4:0 hesabı ilə qalib gəldi. Bu ağır məğlubiyyət “Barselona"nın Çempionlar Liqasında uzun müddət qara zolağa düşməsinə gətirib çıxardı. Komanda bir daha 15 ildən sonra mötəbər turnirin finalını yüksələ bildi.

 

1997/98-ci illər mövsümü, qrup mərhələsi

“Dinamo" (Kiyev) - “Barselona" 3:0

“Barselona" - “Dinamo" 0:4

 

Valeri Lobanovskinin şah əsəri. Bu komandalar arasında Kiyevdə keçirilən birinci oyunda “Dinamo" 3:0 hesabı ilə qalib gələrək sensasiyaya imza atmışdı. Çoxları Barselonadakı oyunda “Barsa"nın rəqibini darmadağın edəcəyini düşündüyü anda... Həmin vaxt Lui van Qalın məşqçisi olduğu “Barselona"da Luiş Fiqu, Rivaldo, Luis Enrike, Mixael Raysiger kimi tanınmış futbolçular çıxış edirdi. “Dinamo" isə əsasən gənclərdən təşkil olunmuşdu. Amma həmin gənclərin əksəriyyəti sonradan dünyada tanınmış futbolçulara çevriləcəkdilər - Şovkovski, Qusin, Vaşuk, Rebrov və təbii ki, Andrey Şevçenko. Kiyevlilər 2-ci oyunda da “Barsa"nı məğlub etdilər. Özü də bu dəfə daha böyük hesabla. Matçdan sonra keçirilən mətbuat konfransında Lui van Qal “Dinamo"nu zəif yeri olmayan komanda adlandırmışdı.

 

2001/02-ci illər mövsümü, qrup mərhələsi

“Roma” - “Barselona” 3:0

 

“Barselona"nın baş məşqçisi Karlos Reksaçı xatırlayırsınız? Çətin. Çünki o, “Barsa"ya komandanın ağır vaxtlarında başçılıq etmişdi və klubda cəmi 1 il işlədi. Reksaç “Barselona"da daha çox “Roma"ya ağır məğlubiyyətlə yadda qalıb. Katalonlar Fabio Kapellodan 2-ci dəfə güclü zərbə aldılar. Emerson, Montella və Tomazzidən buraxılan qollarla məğlub olan “Barselona" o vaxt Karles Puyol, Frank de Bur, Luis Enrike, Rivaldo, Patrik Klyuvert, Mark Overmas, Filipp Koku kimi ulduz futbolçulardan qurulmuşdu.

 

2012/13-cü illər mövsümü, yarımfinal

“Bavariya" - “Barselona" 4:0

“Barselona" - “Bavariya" 0:3

 

Kiyev “Dinamo"sunun “Barsa"nın başına gətirdiklərini 15 il sonra “Bavariya" təkrarladı. İlk oyundakı məğlubiyyətdən sonra komandanın mərhum baş məşqçisi Tito Vilanova futbolçularda ruh yüksəkliyi və finala çıxmağa inam yaratmağa nə qədər çalışsa da, onun əməyi boşa getdi. Tomas Müller, Frank Riberi, Filipp Lam, Aryen Robben, Bastian Şvaynştayger kimi möhtəşəm futbolçulardan təşkil olunmuş “Bavariya" cavab oyununda da İspaniya təmsilçisini əzdi.

 

2016/17-ci illər mövsümü, 1/8 final

PSJ - “Barselona” 4:0

 

Nəhayət, yazının girişində bəhs etdiyimiz oyun barədə. PSJ - “Barselona" oyunundan əvvəl başda parislilərin baş məşqçisi Unay Emeri olmaqla fransalı azarkeşlər komandalarının qalib gələcəyinə inansalar da, 4:0 hesabı onların ağlına da gəlməzdi. Oyun günü PSJ-nin heyətində olan 2 futbolçunun ad günü idi və hər ikisi doğum günündə qol vurmağa nail oldu. Anhel di Mariya dubl etdi, Edinson Kavani isə qarşılaşmada sonuncu qolu vurdu. Digər qol isə Yulian Drakslerdən gəldi. Cavab qarşılaşmasında “Barsa" bu qolların əvəzini çıxa biləcəkmi? İlk baxışdan çətin görünür. Həm də statistika “Barselona"nın əleyhinədir. Amma tələsməyək və unutmayaq ki, katalonların heyətində Lionel Messi var. Dahi Lionel Messi.

Yazının 2-ci hissəsinə keçirik. 1992/93-cü ildən etibarən Çempionlar Liqası adı alan turnirin tarixində (pley-off mərhələlərində) ən yaddaqalan geridönüşləri yada salaq.

 

1993/94-cü illər mövsümü, 1/16 final

“Dinamo" (Kiyev) - “Barselona" 3:1

“Barselona" - “Dinamo" 4:1

“Linfild" (Şimali İrlandiya) - “Kopenhagen" (Danimarka) 3:0

“Kopenhagen" - “Linfild" 4:0 (ə.v.)

 

 

1997/98-ci illər mövsümü, 2-ci təsnifat mərhələsi

“Styaua" (Rumıniya) - PSJ 3:0 (texniki qələbə)

PSJ - “Styaua" 5:0

 

 

1999/2000-ci illər mövsümü, 2-ci təsnifat mərhələsi

“Liteks" (Bolqarıstan) - “Vidzev" (Polşa) 4:1

“Vidzev" - “Liteks" 4:1

Penaltilər seriyasından sonra “Vidzev" növbəti mərhələyə vəsiqə qazanmışdı.

 

1/4 final

“Çelsi" - “Barselona" 3:1

“Barselona" - “Çelsi" 5:1

 

 

2003/04-cü illər mövsümü,

1-ci təsnifat mərhələsi

“Dinamo" (Tiflis, Gürcüstan) - “Tirana" (Albaniya) 3:0

“Tirana" - “Dinamo" 3:0 (4:2 pen.)

 

1/4 final

“Milan" - “Deportivo" (İspaniya) 4:1

“Deportivo" - “Milan" 4:0

 

2004/05-ci illər mövsümü, final

“Liverpul" - “Milan" 3:3 (3:2 pen.)

 

Final oyununda birinci hissədən sonra hesabda 3 top fərqilə geridə olan “Liverpul" 2-ci hissədə 3 qol vuraraq əsas vaxtda heç-heçəyə nail olmuşdu. Əlavə vaxtda qol vurulmayınca, qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət olunmuş və ingilislər daha dəqiq olmuşdular.

 

 

2005/06-cı illər mövsümü, 3-cü təsnifat mərhələsi

“Visla" (Polşa) - “Panatinaikos" (Yunanıstan) 3:1

“Panatinaikos" - “Visla" 4:1 (ə.v.)

 

2011/12-ci illər mövsümü, 1/8 final

“Napoli" (İtaliya) - “Çelsi" (İngiltərə) 3:1

“Çelsi" - “Napoli" 4:1 (ə.v.)

 

2012/13-cü illər mövsümü, 1/8 final

“Milan" (İtaliya) - “Barselona" (İspaniya) 2:0

“Barselona" - “Milan" 4:0

 

2013/14-cü illər mövsümü, 1/8 final

“Olimpiakos" (Yunanıstan) - “Mançester Yunayted" (İngiltərə) 2:0

“Mançester Yunayted" - “Olimpiakos" 3:0

 

2014/15-ci illər mövsümü, 1/4 final

“Porto" (Portuqaliya) - “Bavariya" (Almaniya) 3:1

“Bavariya" - “Porto" 6:1

 

 

2015/16-cı illər mövsümü, 1/4 final

“Volfsburq" (Almaniya) - “Real" (Madrid) 2:0

“Real" - “Volfsburq" 3:0.

 

 

Hazırladı: NEMƏT, “Het-trik news”

Tarix
08.03.17 [14:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Sentyabr
20 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio