"Messi axmaqdı" - Misirdəki bələdçi - AÇIQLAMA

16:14 8 Mart 2017

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messinin hepatit C-dən əziyyət çəkənlərə dəstək məqsədilə Misirə yollandığı, səfər zamanı paytaxt Qahirədə yerləşən piramidaları gəzdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Messinin piramidalara ziyarəti zamanı ona bələdçilik edən misirli arxeoloq Zahi Havas “Misir TV”-yə açıqlamasında argentinalı ulduz barədə danışıb. Hücumçunun intellektual səviyyəsinin aşağı olduğunu deyən Havas, onu “axmaq” adlandırıb:

 

“Bunu dediyim üçün təəssüf edirəm, lakin o, bir axmaqdı. Onunla piramidalarda yarım saat keçirdim. Milyonlarla təqibçisi, fanatı olduğu üçün bunları ona danışmağım məncə, vacib idi. Bu, Misir və turizm cəhətdən yaxşı haldı. Amma məncə, ona heç maraqlı gəlmədi. Ona danışdıqlarımdan sonra üzündə heç bir maraq ifadəsi yaranmadı. Çox mülayim idi, ancaq bəlkə də, sadəcə futbolla maraqlanır”.


Xəbər xətti