Mançini Messinin baş məşqçisi olmaq istəyir - AÇIQLAMA

16:56 8 Mart 2017

İtaliyalı baş məşqçi Roberto Mançini ən böyük arzusu Lionel Messini çalışdırmaq olduğunu söyləyib.

 

Sportarena.az "Super Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messinin böyük futbolçu olduğunu bildirib:

 

"Hazırda Messi dünyanın ən yaxşı futbolçusudur. Ümid edirəm ki, bir gün onun oynadığı bir komandanı çalışdırıb, baş məşqçisi olaram".

 

Qeyd edək ki, Roberto Mançinin son iş yeri İtaliya "İnter"i olub.


Xəbər xətti