Sportarena.az
29 May 2017

"Çox məyusam" - Reynaldo - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

Qış fasiləsində "Qarabağ”dan ayrılıb Türkiyənin yolunu tutan Reynaldo hələ ki, ümidləri doğrultmur.
 

Sportarena.az xəbər verir ki, braziliyalının formasını geydiyi "Adanaspor” superliqada keçirdiyi son 5 oyunun 4-də məğlub olub. Hazırda turnir cədvəlinin son pillələrində var-gəl edən Adana təmsilçisi növbəti turda "karabükspor"la qarşılaşacaq. Oyundan əvvəl "Anadolu Ajans"a açıqlama verən "sambaçı" nəticələrdən məyusluğunu gizlətməyib:

 

"Konyaspor”la oyunda uduzduğumuz üçün çox məyusam. Komandada dostluq və intizam üst səviyyədədir. Karabük səfərində əlimizdən gələni edərək Adanaya xoşbəxt qayıtmaq istəyirik. Bunu bacaracaq qədər güclüyük. Komanda yoldaşlarıma güvənirəm”.


Qeyd edək ki, Reynaldo "Adanaspor”da 5 oyunda meydana çıxıb.

Tarix
08.03.17 [17:30]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

29 May
28 May 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio