FİFA-dab dopinqə görə cəzalar - 6 futbolçuya

18:54 8 Mart 2017

FİFA dünyanın müxtəlif ölkələrindən olan bir neçə futbolçuya sanksiya tətbiq edib.

 

Sportarena.az xəbər verir ki, bu futbolçular dopinq qəbul etdiklərinə görə, ilkin olaraq öz ölkələrinin federasiyaları tərəfindən yarışlardan təcrid olunmuşdular. FİFA araşdırmaların nəticələrinə əsasən, həmin futbolçuların cəzalarını müəyyənləşdirib.

 

Braziliyalı Venildo Pereyra 2017-ci ilin 4 aprelinə, portuqaliyalı futbolçular Andre Fario ilə Joze Şastre isə müvafiq olaraq 2018-ci ilin 24 oktyabrına və 2017-ci ilin 26 iyuluna qədər cəzalanıblar.

 

Özbəkistanlı Abdulxay İsmayılov 2017-ci ilin 2 noyabrına, iranlı Mohsen Fakuri 2020-ci ilin 5 avqustuna və italyan Nikola Dalmonte 2017-ci ilin 20 sentyabrına qədər bütün yarışlardan kənarlaşdırılıblar.


Digər xəbərlər

Xəbər xətti