Ramil oynadı, komandası kubokdan kənarlaşdırıldı

11:15 9 Mart 2017

Slovakiya kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Skaliça” ilə qarşılaşıb.
 

Ramil oyuna fasilədən dərhal sonra, komandası hesabda 1:2 geri olduğu zaman daxil olub. Ancaq millimizin hücumçusu komandasının məğlubiyyətinə əngəl ola bilməyib. Yekun hesabda 2:3 məğlub olan "Jilina" kubokda mübarizəni dayandırıb. 


Digər xəbərlər

Xəbər xətti