FİFA reytinq sıralamasını açıqladı - Millimiz neçənci yerdədir?

13:31 9 Mart 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib. Millimiz 380 xalla 89-cu yerdə qərarlaşıb.
 

Komandamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla 3-cü,  Şimali İrlandiya 786 xalla 35-ci,  Çexiya 684 xalla 42-ci, Norveç 428 xalla 81-ci, San Marino isə 17 xalla 203-cü yerdə qərarlaşıb.
 

Qeyd edək ki, siyahıya 1644 xalla Argentina millisi başçılıq edir. Braziliya 1534 xalla ikincidir.


Digər xəbərlər

Xəbər xətti