Qətər - Azərbaycan matçını kim idarə edəcək? - Təyinatlar açıqlandı

14:59 9 Mart 2017

Bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı Macarıstan Futbol Federasiyasından hakimlər idarə edəcək. Görüşün baş hakimi  Ferenk Karako olacaq. Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.

 

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti