"Qələbə qazansaq da, komandada problemlər var" - Prosineçki - AÇIQLAMA

10:15 10 Mart 2017

Yoxlama oyununda səfərdə Qətəri 2:1 hesabıyla məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis AFFA-nın saytına açıqlamasında komandada özünəinamı artırmaq üçün bu qələbənin vacib olduğunu deyib:

 

“Özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. Komanda pis təsir bağışlamadı. Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər. Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik.

 

Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər. Ümumi götürdükdə, komandanın çıxışından razı qaldım. Bizim üçün vacib sınaq idi. Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə milli komandanın forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Mahir Mədətov oyuna yaxşı qoşuldu, Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik”.


Digər xəbərlər

Xəbər xətti