"Nəticə qazanmaq istəyirik" - Cavid Hüseynov - AÇIQLAMA

14:37 10 Mart 2017

“Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi".



Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri millimizin futbolçusu Cavid Hüseynov Qətərlə yoldaşlıq oyunu (2:1) haqda danışarkən deyib. Səfərdəki qarşılaşmanın çətin olduğunu deyən "Qəbələ"nin kapitanı DÇ-2018-in çemə mərhələsində Bakıda Almaniya ilə keçiriləcək oyun haqda da danışıb:

 

"Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.


Digər xəbərlər

Xəbər xətti