"Hər oyundan qələbə ilə ayrılmaq istəyirik" - Rauf Əliyev - AÇIQLAMA

14:49 10 Mart 2017

“Hər iki komandanın qol vurmaq şansları oldu. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu".
 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Rauf Əliyev Qətərlə yoldaşlıq oyunu (2:1) haqda danışarkən deyib. Uzun fasilədən sonra yenidən millinin oyununa çıxan hücumçu hazırda yaxşı formada olduğunu bildirib:

 

"Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım”.


Digər xəbərlər

Xəbər xətti