İspaniyada fevralın ən yaxşıları açıqlandı

18:16 10 Mart 2017

İspaniya La Liqasında fevral ayının ən yaxşıları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ən yaxşı futbolçu adına "Eybar"ın hücumçusu Serxi Enrik layiq görülüb. İspan futbolçu fevralda meydana çıxdığı 5 oyunda 4 qol vurub, 2 qolun ötürməsini edib.
 

Ötən ayın ən yaxşı baş məşqçisi isə "Eybar"ın çalışdırıcısı Xose Luis Mendilibar olub. Onun komandası fevralda keçirdiyi 5 oyunun 3-də qalib gəlib, 2-də heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti