"Enrike PSJ-yə məğlubiyyətə görə axmaq adlandırıldı" - Arsen Venger - AÇIQLAMA

18:32 10 Mart 2017

“Arsenal”ın baş məşqçisi Arsen Venger özü ilə “Barselona”nın çalışdırıcısı Luis Enrike arasında müqayisə aparıb.

 

Sportarena.az xəbər verir ki, fransız mütəxəssis mövsümün sonu Luis Enrike kimi istefa verməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib:

 

“Mən Luis Enrike kimi yorulmamışam. Özümü güclü hiss edirəm və gələcəyə yaxşı motivasiya olmuşam. Klubuma bacardığım nə varsa, verməyə hazıram”.

 

Venger məşqçilərin ünvanına yönələn tənqidlərə də toxunub:

 

“Çox yox, cəmi 2 həftə əvvəl elə həmin Enrike PSJ-yə məğlubiyyətə görə axmaq adlandırıldı. Hamı tələb edirdi ki, o, getsin. İndi isə Luis Enrike qəhrəmandır. Bax, budur məşqçi işinə qiymət, bu prosesin özəllikləri”.


Xəbər xətti