Harri Keyn ən yaxşı oyunçu oldu

21:18 10 Mart 2017

İngiltərə Premyer Liqasının fevral ayı üçün ən yaxşı oyunçusu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın ötən ay üçün ən yaxşı futbolçusu “Tottenhem”in hücumçusu Harri Keyn seçilib. Bu barədə məlumatı Premyer Liqanın rəsmi saytı yayıb.

 

23 yaşlı hücumçu ötən ay çempionatda 3 oyunda şans qazanıb. İngiltərə millisinin də üzvü olan forvard bu oyunlarda 4 qol, 1 məhsuldar ötürməyə imza atıb.


Xəbər xətti