Hakimlər tətil etdi - Çempionat dayandırıldı

14:49 11 Mart 2017

Meksika çempionatında 10-cu turun oyunları təxirə salınıb.
 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Meksika Futbol Federasiyası yayıb. Səbəb hakimlərin tətil etməsidir. Hakimlər onlara təzyiq göstərən futbolçuların düzgün şəkildə cəzalandırılmamasından narazıdır. 



Son turda “Amerika”nın müdafiəçisi Pablo Aqilar və “Toluka”nın hücumçusu Enrike Triverio oyunun gedişində hakimə hücum ediblər. Onlar müqavfiq olaraq 10 və 7 oyunluq cəza alıb. Hakimlər bu cəzanın çox yüngül olduğunu bildirirlər.


Xəbər xətti