Ramil Şeydayev oynadı, komandası xal itirdi

10:50 12 Mart 2017

Slovakiya Fortuna Liqasında 31-ci turun oyunları davam edir. 

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Streda” ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə nəticələnib. Milli üzvü bu görüşə start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 21 oyundan sonra aktivində 49 xal olan “Jilina” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti