Kasilyas şəxsi rekordunu yenilədi

13:46 12 Mart 2017

"Portu"nun qapıçısı İlker Kasilyas şəxsi rekordunu təzələyib.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı qapıçı bu mövsüm Portuqaliya çempionatında çıxdığı 25 matçın 16-da qapısını toxunulmaz saxlayıb. Bununla da o, karyerasında ən yaxşı nəticəsinə imza atıb.

 

Qeyd edək ki, Kasilyas daha əvvəl “Real”da (Madrid) bir mövsümdə 15 oyunda top buraxmamışdı.


Xəbər xətti