30 saniyəyə 3 qırmızı vərəqə - VİDEO

16:56 12 Mart 2017

Meksika kuboku matçında baş hakim 30 saniyəyə "Toluka" klubunun 3 futbolçusunu qovub.

 

Sportarena.az xəbər verir ki, hadisə "Monarkas"la qarşılaşmanın 84-cü dəqiqəsində baş verib. "Toluka"nın futbolçusu əvvəlcə Xesus Mendes kobud oyunu səbəbindən ikinci sarı vərəqə alıb. Onun həmklubları qərarla razılaşmayaraq, referi ilə mübahisəyə girişiblər. Nəticədə bu iki futbolçu da qovulub.

 

Qeyd edək ki, insident hesab 2:2 olarkən yaşanıb. Görüş isə "Toluka"nın penaltilər seriyasında məğlubiyyəti ilə nəticələnib.  


Digər xəbərlər

Xəbər xətti