"Real" Azarı hədəfə aldı - Pul və futbolçu təklifi

Sportarena.az      12 Mart 2018, 18:14

Madrid "Real"ı "Çelsi"nin futbolçusu Eden Azarı heyətinə cəlb etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, "kral klubu" Belçika millisinin üzvü üçün London təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır. İspaniya nəhəngi yay transfer pəncərəsi zamanı "Çelsi"nin qapısını döyməyi planlaşdırır.

 

"Mundo Deporivo" nəşrinin məlumatına görə "Real" Hazardın transferi üçün İngiltərə təmsilçisinə Alvaro Moratanı və müəyyən miqdarda pul ödəməyə hazırdı. Dieqo Kostaya gələn təklifləri dəyərləndirən "zadəganlar"ın Morata təklifinə müsbət cavab verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Eden Azar bu mövsüm "Çelsi"nin heyətində Premyer Liqada meydana çıxdığı 26 matçda 11 qol vurmağı bacarıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin