"Avroliqa şanslarımız bitməyib" - Şahin Diniyev - AÇIQLAMA

11:20 13 Mart 2017

Azərbaycan Premyer Liqasının 22-ci turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını başa vurub.

 

Sportarena.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qarşıdakı matç ilə bağlı klubun saytına açıqlama verib:

 

“Həmişə olduğu kimi bizi yenə çempionatda gərgin oyun gözləyir. “Zirə” turnir cədvəlində 4-cü pillədə qərar tutub. Rəqibimiz güclü futbolçulardan qurulmuş, formalaşmış komandadı. Hər bir xətdə yaxşı oyunçuları var. Biz evdə məğlubiyyətsiz oyunlarımızı davam etdirmək, uğurlu nəticə qazanmaq üçün meydana çıxacağıq. Mənə elə gəlir ki, Avroliqa yolunda şanslarımız bitməyib, ona görə də bizim üçün ən çətin oyunlardan biri olacaq. Gec də olsa, sabah azarkeşlərimizi nəhayət ki, qələbə ilə sevindirməyə çalışacağıq”. 


Xəbər xətti