"Beşiktaş"da ciddi itki - "Olimpiakos"a qarşı oynamayacaq

13:31 13 Mart 2017

Türkiyə suerliqasının son trundə "Kayserispor"la görüşən "Beşiktaş"ın futbolçusu Marselo Quedes zədələnib.
 
 
Sportarena.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə bu barədə məlumat yayıb. Bildirilir ki, müayinə zamanı futbolçunun sağ qıçında yırtıq aşkarlanıb. Dərhal futbolçunun müalicəsinə başlanılıb. Futbolçunun martın 16-da Avroliqada baş tutacaq "Olimpiakos"la oyunda Marselonun meydana çıxacağının mümkünsüz göründüyü bildirilib.
 
 
Qeyd edək ki, "Kayserispor"la çempionat oyunu zamanı "Qartallar"ın futbolçusu zədələnərək yerini Matey Mitroviçə vermişdi.
 


Digər xəbərlər

Xəbər xətti