"Barselona" Suaresin uğurlu seriyasını necə qırdı?

14:36 13 Mart 2017

İspaniya La Liqasının 27-ci turunda "Deportivo"nun qonağı olan "Barselona" 1:2 hesabı ilə məğlub olmaqla komandanın futbolçusu Luis Sauresin uğurlu seriyasına son qoyub.

 

Sportarena.az xəbər verir ki, Suares Kataloniya klubunun həmin görüşdəki yeganə qolunun müəllifi olub. "Barselona" ilk dəfə uruqvaylı hücumçunun fərqləndiyi oyunda məğlub olub.

 

"Barsa" forvardın indiyə qədər qol vurduğu 73 oyunda məğlubiyyət acısı yaşamamışdı.


Digər xəbərlər

Xəbər xətti