Şahin Diniyevin halı pisləşdi - Təcili yardım çağırıldı

18:13 13 Mart 2017

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yaranıb.
 
 
Sportarena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "Zirə" ilə Azərbaycan Premyer Liqasının 22-ci tur matçından sonra özünü pis hiss edib. Diniyevin təzyiqi yüksəldiyi üçün təcili yardıma ehtiyac duyulub. Həkim müdaxiləsindən sonra onun səhhəti normallaşıb. Bununla belə, baş məşqçi mətbuat konfransına qatıla bilməyib. Onu köməkçisi Füzuli Allahverdiyev əvəzləyib. 
 
 
Qeyd edək ki, "Zirə" ilə oyun "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb (Report). 


Digər xəbərlər

Xəbər xətti