"Real"dan tarixi rekord

12:04 14 Mart 2017

“Real” dünya rekorduna imza atıb.

 

Sportarena.az xəbər verir ki, Madrid klubu bu uğura La Liqanın 27-ci turu çərçivəsində keçirilən “Betis”lə matçda (2:1) nail olub. Zinəddin Zidanın komandası dalbadal 48 oyunda qol vuran ilk klub kimi futbol tarixinə düşüb.

 

“Real”ın son olaraq, qol vurmadığı oyun 2016-cı ilin aprelin 26-da “Mançester Siti” ilə Çempionlar Liqasının matçına (0:0) təsadüf edir.

 

Qeyd edək ki, buna qədər rekord 47 oyunla Portuqaliya “Benfika”sına məxsus idi. Onlar bu nəticəyə 1963-cü ilin dekabrından 1965-ci ilin yanvarına qədər olan müddətdə nail ola bilmişdilər.


Digər xəbərlər

Xəbər xətti