Əzizov oynamadı, komandası uduzdu

13:47 14 Mart 2017

Dünən futbol üzrə Hollandiya birinci divizionunda 30-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" da növbəti matçına çıxıb. "Göy-ağlar" "Venlo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Ziya bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Den Boş" 30 turdan sonra 37 xalla 20 komanda arasında 13-cüdür.


Xəbər xətti