"Barselona" - PSJ oyunu təkrar keçiriləcək? - Petisiya hazırlanıb

14:00 14 Mart 2017

Çempionlar Liqasında keçirilən "Barselona" - PSJ (6:1) qarşılaşmasının yenidən təşkil olunması ilə bağlı "Change.org" saytında aparılan petisiyada 200 mindən artıq imza toplanıb.

 

Sportarena.az xəbər verir ki, petisiyanı "Real"ın azarkeşi Luis Melendo Olmedo qurub. Onun fikrincə, hakimlər PSJ-yə böyük zərbə vurublar. O, 20-yə yaxın epizodu misal çəkərək hamısında matçın baş hakimi Dəniz Aytəkinin "Barsa"nın tərəfində olduğunu göstərib.

 

Qeyd edək ki, ilk oyunda 4:0 hesablı qələbəyə baxmayaraq PSJ səfərdə "Barselona"ya 1:6 hesabı ilə məğlub oldu və mübarizəni dayandırdı. 


Xəbər xətti