"Çelsi" tarixinin ən yaxşı məşqçi mənəm" - Joze Mourinyo - AÇIQLAMA

17:28 14 Mart 2017

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə kubokunun 1/4 finalında "Çelsi" ilə matçda (0:1) rəqib komandanın azarkeşlərinin onu xain adlandırmasına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

 

"Mən peşakaram, buna görə də çalışdırdığım komandanı müdafiə edirəm. Azarkeşlər nə desə də, "Çelsi" tarixinin ən yaxşı məşqçi mənəm. Bir məşqçi "Çelsi" ilə 4 dəfə ölkə çempionu olarsa, o zaman mən 2 nömrəli məşqçi olaram. Ancaq hazırda "Çelsi"də 1 nömrəli məşqçi mənəm".

 

Qeyd edək ki, Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə "Çelsi"ni çalışdırıb.a


Digər xəbərlər

Xəbər xətti